Menu

Məktəbli sinif yoldaşı tərəfindən bıçaqlandı

09.12.2023, 16:20
Məktəbli sinif yoldaşı tərəfindən bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.

Şərhlər

ƏNHU-dam Dadaşyevə 2023-12-09 20:17:23

Azərbaycanın bütün hakim və prokurorları YAPONİYA VƏ YA NANİBİYADAN gətirilməsə vəziyyət düzəlməyəcək. Bizdə bu vəzifələrə ancaq digər irqin nümayəndələri təyin edilməlidir ki ölkədə bir dənə də olsun qohumu-əqrabası, dostu-tanışı və özünü göstərməyə kimsəsi olmasın.

dadaşyev 2023-12-09 16:39:33

Bıçaqlayanın atası oliqarx-məmur,qardaşı da prokurordusa, “Sea Breeze” hadisəsindəki kimi yaxşı vəkil tutulsun,iş elə qurulsun ki,bıçaqlayan olsun zərərçəkən, məhkəmə iclaslarına da gəlməsin,gələndə də qırx dəfə xahiş-minnətdən sonra bircə dəfə gəlsin,özü də 15 cüssəli teloxranitellə filanla,məhkəmə hökm çıxartsın,bıçaqlananı tutub bassınlar içəri,vəssalam. Sezar boşuna deməyib ki “Qanunları ona görə yazırıq ki,onların yanından keçək”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol