Menu

Koreyanın verdiyi mərmilər “brak çıxır” - Rusiya artilleriyaçıları şikayət edir

09.12.2023, 16:31
Koreyanın verdiyi mərmilər “brak çıxır” - Rusiya artilleriyaçıları şikayət edir

“Rusiya hərbçiləri Şimali Koreyadan gələn artilleriya mərmilərindəki sistematik kütləvi qüsurlardan şikayətlənirlər”. 

“AzPolitika.info” xəbər verir ki, bunu “Defense Express” hərbi portalı yazır.

Xəbərdə deyilir ki, Rusiyanın ixtisaslaşmış hərbi müxbirlərin “Teleqram” kanallarında Şimali Koreyanın 152 mm-lik mərmilərilə bağlı araşdırmalar yerləşdirilib. Qeyd olunur ki, rus artilleriyaçılarını belə bir “araşdırma” aparmağa sövq edən KXDR-dən gələn mərmilərin sistematik şəkildə hədəfdən yayınmasıdır.

Nəticə göstərib ki, eyni işarələrə malik təsadüfi seçilmiş döyüş sursatlarında müxtəlif barıtlardan istifadə edilib və barıt bağları müxtəlif çəkilərə malikdir.

"Bundan əlavə, bütün mərmilərdə mis aparıcı kəmərli mərmilərin istifadəsi səbəbindən lülənin yavaşlamasını azaltmaq üçün nəzərdə tutulmuş “decoupler” - qurğuşun məftilləri yoxdur. Həmçinin bəzilərində möhürlənmiş qapaqların açılması izləri var”, - deyə nəşr yazır.

Rusiyalı hərbçilər gileylənirlər ki, mərmilərin zay olması döyüş zamanı ağır nəticələr yaradır: "Mərmilərin qeyri-bərabər səpələnməsi atəşin dəqiqliyinin azalması deməkdir ki, bu da bir tipik tapşırıq üçün döyüş sursatı istehlakının artmasına səbəb olur. Daha çox istehlak daha çox vaxt deməkdir ki, bu da artilleriya döyüşü şəraitində həm də böyük itkilərə gətirib çıxarır”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun dediyinə görə, KXDR bir neçə aydır Rusiyanı silahla təmin edir. Rusiya Federasiyası Şimali Koreyadan 122 mm və 152 mm-lik mərmilər, həmçinin “Qrad” qurğusu üçün raketlər alır.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-12-09 19:34:00

Bəs cənubi kareyanın ukraynaya verdiyi mərmilər necə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol