Menu

Sivil və milli dəyərlər psixoloji texnologiya qismində

27.09.2020, 12:25
Sivil və milli dəyərlər psixoloji texnologiya qismində

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),

araşdırmaçı-jurnalist,

prezident təqaüdçüsü, f.ü.f.d.

Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi-əxlaqi və mədəni institutları içərisində ailə dəyər­ləri siste­mi­nin xüsusi yeri var. Belə ki, uşağa, qadına, yaşlı­lara, əlil və şikəstlərə şiddət bizim milli-mənəvi şifrələri­mizə yaddır. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox halda gənclərimizin əhəmiy­yət­li bir hissəsi guya liberal dəyərlər kimi qəbul etdikləri – demokratiya və insan haqları bəhanəsi altında bizə sırınan o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfitenden­siyalı virtual aksiyalarda fəallıq nümayiş etdirirlər.

Bu baxımdan sosialmaarifləndirmədə Azərbaycan cəmiy­­yətində get-gedə zəifləyən sivil dəyərlərin ən yaxşı cəhət­­lərindənşiddət və zorakılığa qarşı mübarizədə istifadə edilməlidir. Müxtəlif sosial-ictimai, milli-mədəni, psixoloji dəstək formatında real və virtual fəaliyyət növlərini həyata keçirməklə sadalanan zərərli halları nisbətən zəiflətmək vacib­­dir. Daxili sosial tolerantlıq baxımından cəmiyyətdəki ən kiçik gərginliyi belə vaxtında aradan qaldırmaq üçün ənənəvi milli-psixoloji dəyərləri dirçəltməli, inkişaf etdir­məklə qlobal tendensiya səviyyəsinə qaldırmalıyıq. Həssas qrupların psixoloji-mənəvi poblemlərinin araş­dırıl­masını, bu istiqamətdə aktual addımları, innovativ-kreativ təşəb­büs­ləri dəstəkləməklə cəmiyyəti saflaşdırmaq mümkündür.

Bu istiqamətdə aparılan fəaliyyətlərdə əsas hədəf psixoloji dəstək göstərilən şəxslərin şiddətlə mübarizə, sivil dəyərlərin zənginləşməsi, milli-mənəvi kodekslərin qorun­ması, inkişaf etdirilməsi, tədqiqi və təbliği istiqamətində kreativ yanaşmaların inkişafı olmalıdır. Bizi birləşdirən sivil, milli dəyərlərin yeni nəslə çatdırılması, elmi-sosioloji araşdırmalar, mətbuatda, internet və qlobal elektron resurs­larında, sosial şəbəkələrdə bu istiqamətdə çalışma­ların dəs­tək­lən­məsi, həyata keçirilən aksiyaların ictimaiyyət tərəfin­dən tanınması aparılan ideoloji-təbliğat, pedaqoji-psixoloji fəaliyyətlərin intellektuallığına təsir edəcək amillər sayılır.

Tarixə nəzər salanda, bütün zamanlarda cəmiyyətin öz mənəvi dəyərləri və ictimai ənənə­ləri ilə zənginləşdiyinin şahidi oluruq. İnsanların mənə­viyyatına – ictimai-psixoloji düşüncəyə ciddi təsir edən bu zənginlikləri öyrənmək, qo­ru­maq və gələcək nəsil­lərə çatdırmaq üçün cəmiyyətdə möv­cud sosial-məişət model­lərinin hazırkı vəziyyətini müx­­təlif həssas sosial qruplar üzrə araşdırmaq aktual məsə­lə kimi mütəxəssis­lərin qarşısında durur. Gənclərin böyük­lərə, övladların valideynlərə münasibətində milli ailə dəyər­lə­rinin mövcud vəziyyəti aydınlaşır. Həssas qruplara aid ailələrdə mənəvi-əxlaqi dəyərlərimizin bərqərar olması, ictimaiyyə­tin daha geniş dairələrinə təsirinin öyrənilməsi ilə cəmiyyə­ti­mizi zənginləşdirən mənəvi meyarları, əldə olu­nan resurs­ları aktivləşdirmək və populyarlaşdırmaq müm­kündür. Bunun üçün müxtəlif sosial qruplar arasında yaranan ümumi problemlər ətrafında araşdırmalar aparıl­malı və mövcud vəziyyət təhlil edilməlidir. Bu elmi-sosio­loji araşdırmalar ailələrimizin və xalqımızın aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində aparılmalı və psixoloji-mənəvi baxımdan öyrənilməlidir.

Həssas qruplar arasında qadınlar və yeni nəslin iştirakı ilə psixoloji zorakılığa, etnik şiddətə qarşı sivil metodlarla mübarizə aparmaq vacibdir. Bunun üçün müha­ri­bə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkünlərin intel­lek­tual kəsiminin iştirakı ilə müxtəlif müsabiqələrin keçiril­məsi, layihələrin reallaşdırılması, elmi-sosioloji sorğu­ların aparılması, nəzəri-təcrübi topluların nəşri faydalı olardı. Bun­larla yanaşı, yazılı və elektron KİV, internet, yeni media, sosial şəbəkələr kimi fərqli kütləvi informasiya alətlərin­dən, mətbu imkanlardan yararlanaraq əsas məqsədə çatmaq mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol