Menu

Xaçmazda KAMAZ yaşlı velosipedçini vurub öldürüb

10.12.2023, 23:02
Xaçmazda KAMAZ yaşlı velosipedçini vurub öldürüb

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.

"Report"un Şimal bürosunun məlumatına gorə hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib.

Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol