Menu

"Qızılcaya yoluxmada azalma var, distant təhsillə bağlı gözlənti yoxdur" - Nazir

12.12.2023, 13:49
"Qızılcaya yoluxmada azalma var, distant təhsillə bağlı gözlənti yoxdur" - Nazir

Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, proses nəzarətdədir:

"Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında düzgün qaydada peyvənd etməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər".

Şərhlər

dadaşyev 2023-12-12 15:29:39

Karantin müddəti aprelə qədər uzadıldı,ona görə viruslar ümidsizliyə qapıldılar,bir də martın ortalarından qızışacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol