Menu

MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

13.12.2023, 12:36
MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub. Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.

Şərhlər

miri 2023-12-13 14:12:05

MDB missiyası adlanan qrupun əksəriyyəti bura yeyib içməyə gəlir. Müşahidə etməyə isə nə ehtiyac? Bir toyda ki,toyu olan, kəbin kəsən, musiqi sifariş verən, nəmər yıgan..... bir adamdırsa, bu toya yengə nə lazım?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol