Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəisi təyin olunub.
"AzPolitika" Ölkə.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasəsn, polkovnik-leytenant Ramin Orucov FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, R.Orucov bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev isə Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.



Şərhlər