Menu

İranda ilk "Can fəda" briqadası təşkil olunub

02.11.2026, 20:18
İranda ilk "Can fəda" briqadası təşkil olunub

İranın ilk “Can fəda” briqadası təşkil olunub.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu SEPAH-ın Tehran üzrə komandiri general Həsən Həsənzadə deyib.

O bildirib ki, İranın ilk “Can fəda” briqadası təşkil olunub, təkmilləşdirilmiş hazırlıq mərhələsini başa vurub və lazımi avadanlıqlarla təchiz edilib.

Həsənzadənin sözlərinə görə, “Can fəda” döyüşçülərinin İranın cənub və qərbindəki əməliyyat bölgələrinə göndərilməsinə başlanılacaq.

O əlavə edib ki, yaxın vaxtlarda hazırlıq səviyyəsi və keçirilmiş təlimlər nəzərə alınmaqla, “Can fəda” briqada və batalyonlarının təşkilatlanması da həyata keçiriləcək.

SEPAH-ın Tehran üzrə komandiri paytaxtın bir sıra meydanlarında bir neçə təlim bazasının açıldığını da bildirib.

O, “Canfəda” kampaniyasında qeydiyyatdan keçənlərin son sayı barədə məlumat verərək deyib ki, kampaniyada 33 milyondan çox insan iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumundan sonra başladılan “Can fəda” kampaniyası İran xalqının ölkənin müdafiəsi üçün könüllü səfərbər edilməsini nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol