Menu

ABŞ və Britaniya HƏMAS-la əlaqəli şəxslərə qarşı sanksiya tətbiq edib

13.12.2023, 16:57
ABŞ və Britaniya HƏMAS-la əlaqəli şəxslərə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya və ABŞ HƏMAS-la əlaqəsi olan 7 şəxsə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Britaniya yaranan təhlükəni aradan qaldırmaq, onun maliyyə kanallarının qarışısını almaq məqsədi ilə HƏMAS-la əlaqəsi olan 7 şəxsə qarşı sanksiya tətbiq edib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, yeni sanksiyalar ABŞ-la razılaşdırılaraq tətbiq edilib və Britaniyanın oktyabrın 7-dən bəri qəbul etdiyi ikinci məhdudlaşdırıcı tədbirlər paketi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol