Menu

"İsrail müharibəni davam etdirəcək" - XİN başçısı

13.12.2023, 17:31
"İsrail müharibəni davam etdirəcək" - XİN başçısı

İsrailin xarici işlər naziri Eli Koen deyib ki, beynəlxalq dəstəyin olub-olmamasından asılı olmayaraq müharibə davam edəcək.

“Report” “Sky nuys”a istinadən xəbər verir ki, o, atəşkəsin HƏMAS üçün hədiyyə olacağını deyib: “Beləliklə, HƏMAS İsraili yenidən təhdid etməyə başlayacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden daha əvvəl İsrailə beynəlxalq dəstəyin azaldığını bildirmişdi.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol