ABŞ prezidentliyinə namizədlərin hamısı əqli qabiliyyət testindən keçməlidir.
«AzPolitika.info» Qərb KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib və əlavə edib ki, hazırkı lider Co Bayden çətin ki, belə bir sınaqdan keçə bilsin.
“Mən təzəlikcə tibbi baxışdan keçdim. Mən koqnitiv testdən keçdim, düşünürəm ki, əgər siz prezidentliyə namizədsinizsə, bunu etməliysiniz. Bu oğlan [Bayden] koqnitiv testdən keçə bilməz”, - Tramp Ayova ştatında seçicilərlə danışarkən deyib.
Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli də yüksək dövlət vəzifələrinə müraciət edən yaşlı siyasətçilər üçün məcburi kəşfiyyat testlərinin keçirilməsini müdafiə edirdi.
2023-cü ilin noyabrında 81 yaşı tamam olan Bayden tez-tez yöndəmsiz vəziyyətlərə düşür və ABŞ-da zarafatla “Baydenizm” adlandırılan ictimai çıxışlarında müxtəlif səhvlər buraxır.
Rüfət
AzPolitika.info


Şərhlər