Menu

“Odessa Rusiya şəhəridir...” - Putin Ukraynanın bütün Qara dəniz sahilinə iddia edir

14.12.2023, 15:02
“Odessa Rusiya şəhəridir...” - Putin Ukraynanın bütün Qara dəniz sahilinə iddia edir

Vladimir Putin növbəti dəfə Ukraynaya qarşı ərazi iddiaları səsləndirib. 

“AzPolitika.info” xəbər verir ki, bu gün keçirdiyi böyük mətbuat konfransında Rusiya başçısı Ukraynanın Qara dəniz sahilinin Rusiyanın ərazisi olduğunu iddia edib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Rusiya “əvvəlki ərazilərini tərk etməyi qəbul edib, lakin Ukraynanın cənub-şərqindəki rusiyapərəst əhval-ruhiyyəyə də önəm verib”.

Putin iddia edib ki, “Odessa Rusiya şəhəridir və hamı bunu bilir”. Onun sözlərinə görə, “Ukrayna ilə müharibə qardaşlar arasında vətəndaş müharibəsi kimidir və Rusiya buna başlamağa məcbur olub”: “Rusiya tarixi ərazilərinin itirilməsini qəbul etməyə hazır idi, lakin Qərbin və Kiyevin siyasəti Moskvanı əks tədbirlər görməyə məcbur edib. Rusiyanın Türkiyə ilə müharibələri nəticəsində Krım və bütün Qara dəniz bölgəsi Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Odessa ümumiyyətlə, Rusiya şəhəridir. Biz bu haqda bilirik. Bunu hamı bilir”.

Putin iddia edib ki, “Ukraynanın özü artıq praktiki olaraq heç nə istehsal etmir və başqa ölkələrdən pulsuz silah alır, lakin bu, uzun sürməyəcək”.

“AzPolitika.info”

Şərhlər

Adsız Bu Adamdan sonra 2023-12-14 17:52:53

Bu Adamdan sonra hər şey öz yerinə qayıdacaq

Mubariz 2023-12-14 15:59:56

Gerizəkalı ,deməli bütün Qara dəniz sahili rus-türk müharibəsi öncəsi Türkiyəyə məxsus olub ,onda qaytar Türkiyəyə .Bu zavallı o qədər yalan danışıb ki ,indi özü-özünü təkzib etməklə məşğuldur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol