ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə 20 mindən çox M16 tüfəngi satmaq üçün lisenziya verilməsini yenidən təxirə salıb.
«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə «Axios» portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb. Mənbələr qeyd edir ki, Ağ Ev ekstremist əhval-ruhiyyəli yəhudilərin bu silahlardan Fələstin ərəblərinə qarşı istifadə edəcəyindən ehtiyat edir. Portalın məlumatına görə, lisenziyanın verilməsindən imtina Ağ Evin İsrail hökumətinin ekstremist məskunlaşanların zorakılığının qarşısını almaq üçün kifayət qədər iş görmədiyindən narahatlığını göstərir.
«Axios» qeyd edir ki, münaqişənin ilk həftələrində İsrail Qəzza zolağı, Livan və Suriya ilə sərhədlərə yaxın yerləşən İsrail kəndlərində mülki şəxsləri silahlandırmaq üçün Birləşmiş Ştatlardan tüfənglər verməsini istəyib. Portal xatırladır ki, bu qruplar İsrail polisi tərəfindən terror hücumu zamanı ilk «müqavimət dəstələri» olmaq üçün təlim keçirlər.
Rüfət
AzPolitika.info


Şərhlər