Ukrayna prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Brüsseldə keçirilən sammitdə iştirak edən 27 Aİ liderinə müraciət edib.
«AzPolitika.info» saytı bu barədə «Guardian»a istinadla xəbər verir.
Nəşr qeyd edir ki, bu sammitdə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul oluna bilər.
«The Guardian» yazır ki, Ukrayna prezidenti çıxışı zamanı bu gün qətiyyətsiz olmamağa və Avropa dəyərlərinə xəyanət etməməyə çağırıb.
"Bu gün tariximizə düşəcək. Bizim üçün yaxşı və ya pis olsa da, tarix hər şeyi yazacaq. Hər söz, hər addım, hər hərəkət və hərəkətsizlik. Kim nə üçün mübarizə aparıb... Bu gün Avropanın bunu etməsi çox vacibdir. qətiyyətsiz olmayın. Heç kim istəmir ki, Avropa etibarsız görünsün, ya da özünün hazırladığı qərarları qəbul etmək iqtidarında olmasın” - deyə, Zelenski bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, Kiyev üzvlük danışıqlarının başlaması ilə bağlı Aİ-nin tələbləri ilə bağlı “ev tapşırığını” yerinə yetirib.
"Biz vəd edilmiş həll yolundan danışırıq. Mən heç bir əks arqument eşitməmişəm, niyə biz bütün Avropanın razılaşdırdığı planı həyata keçirmirik", - prezident qeyd edib.
O, ötən il Ukraynanın aydın tövsiyələr aldığını və bütün zəruri əsas qanunların qəbul edildiyini xatırladıb.
“Hamınız yaxşı bilirsiniz ki, biz bütün öhdəlikləri yerinə yetirmişik”, – deyə Zelenski vurğulayıb.
Rüfət
«AzPolitika.info»


Şərhlər
Əgər bu günə qədər heç nə başa düşməmisənsə bundan sonra nəsə başa düşməyin əsla mümkün deyil.
Buyurun bu da Avropa “ siyasetinin,exlaqının,meneviyyatının” bariz nümunesi .Bir milletin bir dövletin Makron kimi fahişeler toplusunun taleyinin ve müqedderatının hell edilmesinin son neticesi.Primitif ifsde etsek ;”Avropalıların Kişiliyi ve İnsanlığı”