Menu

"Qarabağ"a qarşı oynamaq təcrübə idi" - "Hakken"in baş məşqçisi

15.12.2023, 00:45
"Qarabağ"a qarşı oynamaq təcrübə idi" - "Hakken"in baş məşqçisi

“Rəqibi təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün təcrübə idi”.

“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib.

Norveçli mütəxəssis ilk dəqiqədə buraxdıqları qolun planlarını pozduğunu söyləyib: “Qarabağ”ın pley-off matçlarını izləyəcəm. “Hakken”lə İsveç çempionu olduq. Buradan yaxşı əhval-ruhiyyə ilə ayrılıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol