Menu

“Sinvarın vaxtına az qalıb” - Baydenin müşaviri

15.12.2023, 09:07
“Sinvarın vaxtına az qalıb” - Baydenin müşaviri

“Fələstinin radikal HƏMAS hərəkatının hərbi lideri Yəhya Sinvarın vaxtına az qalıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

Onun sözlərinə görə, Sinvarı zərərsizləşdirmək üçün nə qədər vaxt lazım olduğu artıq vacib deyil:

“Sinvarın əlində amerikalıların qanı var. Oktyabrın 7-də 38 amerikalı öldürüldü və o, hələ də bir sıra amerikalıları girov saxlayır. Beləliklə, nə qədər vaxt aparsa da, Sinvar üçün ədalət öz yerini tapacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol