Menu

"AP sədrinin "Azəri hökuməti" ifadəsi onun ölkəmizə münasibətini göstərir"

28.11.2014, 17:56
"AP sədrinin "Azəri hökuməti" ifadəsi onun ölkəmizə münasibətini göstərir"

Mötəbər saydığımız təşkilatların heç birində mötəbərlik və müstəqillik yoxdur.

SalamNews xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Parlamentin bugünkü plenar iclasında bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradovanın çıxışına münasibət bildirən Oqtay Əsədov dövlətlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Beynəlxalq təşkilatlara gəldikdə isə, onlara bel bağlamaq olmaz; onlara bel bağlayan belsiz qalar. Onlar STOP komandası ilə hərəkət edirlər. Bu gün Avronestin, Avropa Parlamentinin yalnız adı var, özləri yoxdur. Biz bunlarla niyə işləməliyik?

Bizə təzyiqlər çox olacaq. Kiçik bir bəhanədən istifadə edib Azərbaycana qarşı təzyiq göstərirlər. Bunun da səbəbləri çox dərindir. Milli məsələyə qulluq etməyənlər milli xəyanətkarlardır."

İclasda çıxış edən deputat Əli Hüseynli Avropa Parlamentinin sədri Martin Şultsun səsləndirdiyi fikirlərlə Azərbaycanı təhqir etdiyini söyləyib: “Onun bəyanatında Azərbaycan hökuməti deyil, "Azəri hökuməti" ifadəsi yer alıb. Bu da onun Azərbaycana münasibətini göstərir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol