Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.


Şərhlər
Qadınlara bir az da hüquqlar verin. Axırı yaxşı olacaq.
Bəs bunun səbəbləri ilə kim maraqlanmalı və ölçü götürməlidir?Bunun səbəbi orta və aşağı səviyyəli insanlatda maliyyə çatışmamazlığıdır.Çünki gənclər zamanında evlənə bilmir,ailələr isə dolanma çətinliyi səbələrindən bu göstəricilər artır.Təmin olumnmuş ailələrdə isə ifrat maliyyə artıqlığı qudurğanlığa səbəb olur.Bu üzdən ailələr sabit olmur.Eyni zamanda buna səbəb kimi mətbuatda və televiziya verilişlərində nümayiş olunan Azərbaycan mentalitetinə uyğun gəlməyən veriliş və yazıların da əhəmiyyətli olur.ƏSASƏN TELEVİZİYALARDA zAURLAR.xOŞQƏDƏMLƏR YIĞIŞDIRILMALIDIR.