Menu

Ermənistanda rusiyalı hərbçilərin silahla dolu yük maşını yanıb - FOTOLAR

15.12.2023, 14:32
Ermənistanda rusiyalı hərbçilərin silahla dolu yük maşını yanıb - FOTOLAR

Ermənistanın Zəngəzur bölgəsində, İrəvan-Mehri avtomobil yolunda Rusiya hərbçilərinə məxsus “KamAZ” yanıb.

Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Yük avtomobilinin silah-sursatla dolu olduğu bildirilir. Yanğın o qədər güclü olub ki, hətta bir neçə yüz metr aralıdan görünüb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Yanğının səbəbi açıqlanmayıb.

Mənbə: shamshyan.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol