Menu

"Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək" - MSK sədri

16.12.2023, 17:21
"Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək" - MSK sədri

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcəyini bəyan edib.

“Report”un xəbərinə görə, o, bu barədə qurumun bu gün keçirilən iclasında danışıb.

"Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur - red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq”, - MSK sədri bildirib.

M.Pənahov KİV-lərə də çağırış edib: "Azad edilmiş ərazilərdəki seçkilər daha yaxşı işıqlandırılmalıdır. Artıq dünya Azərbaycan xalqının orada oturuşduğunu bilməlidir".

Şərhlər

Fərid 2023-12-17 11:07:42

Əhali Xankəndinə köçüb ki,orada seçki olur? İndidən saxtakar məlumatlar başladı?Xalqı ələ salmısınız?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol