Menu

"Kiprdə sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün əlimizdən gələni edəcəyik" - Yaşar Gülər

16.12.2023, 20:08
"Kiprdə sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün əlimizdən gələni edəcəyik" - Yaşar Gülər

Kiprdə türk xalqının qanuni mənafelərini və təhlükəsizliyini təmin edəcək şəkildə həll Türkiyənin ən mühüm prioritetlərindən biridir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, adada yeganə həll Kipr türk xalqının suveren bərabərliyinin və beynəlxalq statusunun qeydə alınmasıdır:

“Bir daha bildiririk ki, indiyə qədər etdiyimiz kimi Zəmanət və Müttəfiqlik müqavilələri çərçivəsində milli məsələmiz olan Kiprdə sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol