Menu

Bakıda avtomobil 27 yaşlı gənci vurub

17.12.2023, 08:52
Bakıda avtomobil 27 yaşlı gənci vurub

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən piyada, 1996-cı il təvəllüdlü Səbiyev Rafail Xaliq oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol