Menu

Rusiyada hərbi zavodda terror aktının qarşısı alınıb

18.12.2023, 13:24
Rusiyada hərbi zavodda terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX-FSB) İjevskdə hərbi sənaye müəssisəsinin rəhbərlərindən birinə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“İjevskdə həyata keçirilən tədbirlər nəticəsində Ukrayna terror təşkilatının göstərişi ilə Udmurtiyada hərbi sənaye müəssisəsinin rəhbər şəxslərindən birinə qarşı əldəqayırma partlayıcı qurğudan istifadə etməklə terror aktı hazırlayan 1990-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, - məlumatda deyilir.

Saxlanılan şəxsdən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və partlayıcı maddələr, habelə Ukraynadakı koordinatorları ilə yazışmalar üçün əlaqə vasitələri götürülüb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Udmurt Respublikası üzrə İstintaq İdarəsi cinayət işi açıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol