Menu

DSX-nin hərbi qulluqçusu vəfat edib

19.12.2023, 11:47
DSX-nin hərbi qulluqçusu vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu vəfat edib.

Bu barədə DSX-dən bildirilib.

Qeyd edilib ki, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.

Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şərhlər

Şahin 2023-12-19 12:09:20

Allah rəhmət etsin.Yaxınlarına ,valdeyinlərinə səbir diləyirik.
Gənc insan vəfat edir nə deməkdir.Belə cıxır ki , xəstə gənci hərbi xidmətə yoxlanmadan göndəriblər.Bunu kimlər edir.Artıq necənci dəfədir ki belə hadisələr baş verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol