Menu

Rövşən Novruzoğlu məhkəmə zalında həbs edildi

19.12.2023, 13:06
Rövşən Novruzoğlu məhkəmə zalında həbs edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, ittihama görə Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.

Şərhlər

Vəli 2023-12-19 13:19:22

Və belə bir dələduzu gətirib korrupsiyaya, terrorçuluğa qarşı mübarizənin (həm də beynəlxalq ha) başina pərçimliyirlər, sonra da deyirik ki, niyə korrupsiya, terrorçuluq artır. Əşi mən əminəm ki, bu DƏLƏDUZ kimə qarşı mübarizə aparmalıydısa onlarla əlbir olub və şansını əsla qaçırmayın. O zaman ilişməyib, çünki hər şey öz əlində olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol