Qızların ana olmaq istəməməsi böyük problemdir.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bildirib.
Deputat deyib ki, Azərbaycanda həmişə var olan möhkəm ailə institutu dağılır: "Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar: "Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.


Şərhlər
Qadınlara hər şərait yaradılıb. Işləyib pul qazanırlar, karyera qururlar. Nəylərinə gərək uşaq dünyaya gətirib ona qulluq etmək, böyütmək?
Əvvəla qız ana olmaz! Yalnız ərdə olan qadın ana olar.İstəməmə məsələsi isə rejimin yaratdığı şəraitdir.odur ey,30 ildir Milli məclis və Prezideny uşaqların böyüməsi üçün uşaq pulu məsələsini həll etmək istəmirlər.Danışılır və unudulur.Sabki bunun üçün Azərbaycanda imkan tapılmır.Yalanlar və gəlcəyə sayqısızlıq belə halların (ailədə uşaq sayının minimum həddi,uşaqlar arasında qidasızlıq səbəbilə xəstəliklər,gec evlənmələr Boşanma sayının durmadan artması və sair problemlər ) baş verməsinin əsasını təşkil edir.