Bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclası və KTMT PA-nın XVI plenar iclası keçiriləcək.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ermənistan bu tədbirlərdə iştirak etməyəcək.
Gündəliyə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və təşkilatın məsuliyyət sahəsində təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri daxildir.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT PA çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcək və bu barədə Volodinə rəsmi məktubla məlumat verib. Həmçinin Ermənistan parlamentinin nümayəndə heyəti də tədbirlərdə iştirak etməyəcək.
“AzPolitika.info”


Şərhlər