Menu

Edin Ceko "Qalatasaray"la oyun qabağı zədələnib

20.12.2023, 00:11
Edin Ceko "Qalatasaray"la oyun qabağı zədələnib

"Fənərbağça"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniyalı hücumçu komandanın bugünkü məşqində ayaq əzələsindən zədələnib. 37 yaşlı forvardın sabah Superliqanın 16-cı turunun "Kayserispor"la matçında komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Cekonun dekabrın 24-də "Qalatasaray"la keçiriləcək derbi oyununa hazır olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol