Menu

MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

20.12.2023, 11:19
MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə dəvət göndərib.

“Report”un xəbərinə görə, bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol