ABŞ-nin "The Wall Street Journal" nəşri Rusiya lideri Vladimir Putinin adını ilin qalibləri siyahısına daxil edib.
"AzPolitika.info" xəbər verir ki, məqalənin müəllifi Cerald Beyker hesab edir ki, Putin geridə qoyduğumuz 2023-cü ildə mövqeyini daha da möhkəmləndirdi, Rusiya isə geopolitik arenada daha da gücləndi.
Müəllif qeyd edir ki, Rusiya aşkar şəkildə Ukraynada qalib gəlməkdədir, Qərbin sanksiyaları isə effekt vermir."Mən Putini ilin qaliblərindən biri hesab edərkən, heç də bundan məmnun olmuram. Amma faktiki olaraq onun mövqeyi çox güclənib. Ukraynanın əks-hücumu uğurlu olmadı. Rusiyanın iqtisadiyyatı Qərbin sanksiyalarına davam gətirə bildi. Avropanın qətiyyəti, Amerikanın isə dəstəyi zəifləyib. Bütün bunları nəzərə alanda, Zelenskini də ilin geopolitik uğursuzu hesab edə bilərik".
"AzPolitika.info"


Şərhlər