Menu

Paşinyan növbədənkənar seçkiyə getmir – “Belə bir müzakirə olmayıb”

20.12.2023, 16:51
Paşinyan növbədənkənar seçkiyə getmir – “Belə bir müzakirə olmayıb”

Son zamanlar Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkisi elan etmək fikrində olduğuna dair iddialar yer alır.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının yüksək rütbəli təmsilçisi Armen Xaçatryan bu iddiaları təkzib edib. 

Dekabrın 20-də parlamentdə jurnalistlərlə söhbətində hakim partiyadan olan deputat, parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədr müavini olan Xaçatryan deyib ki, hakimiyyətin heç bir problemi yoxdur və seçkiyə getmək fikrində də deyil: “Növbədənkənar seçkilərə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, Milli Məclis 5 il müddətinə seçilir. Bu müddət bitdikdən sonra yeni seçkilər olacaq”.

Qərbin bu seçkini tələb etməsi ilə bağlı iddialara cavab olaraq isə Paşinyanın silahdaşı deyib ki, belə bir tələb yoxdur: “Qərb heç bir şey tələb etmir və mən hazırda növbədənkənar seçkilərə ehtiyac görmürəm”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol