Ermənistanın KTMT-dən ciddi narazılığı fonunda təşkilatın baş katibi İmanqali Tasmaqambetov bu gün İrəvana gəlib.
"AzPolitika.info" xəbər verir ki, KTMT-nin rəsmi saytının məlumatına görə, Tasmaqambetov İrəvanda Minskdə keçirilən və ondan çox sənədin qəbul edildiyi son sammitin nəticələrini müzakirə etmək niyyətindədir. KTMT baş katibi bu paketlə İrəvana gəlib ki, İrəvan da ona qoşulsun.
Səfər çərçivəsində Tasmaqambetovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü planlaşdırılır. Təşkilatın rəsmi saytında dərc olunan məlumatda başqa görüşlər barədə məlumat yoxdur.
Böyük ehtimalla, qeyd olunan paketə KTMT-nin vahid hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi də daxildir. Hələ ki, Xarici İşlər Nazirliyi nəinki bu, bütün paketə qoşulmaqla bağlı mövqeyini bildirməyib. Əvvəllər bildirilib ki, sənədlərə baxıldıqdan sonra bu məsələyə baxılacaq.
Yada salaq ki, rəsmi İrəvan KTMT-nin iclaslarını boykot etməklə yanaşı, ilin əvvəlində strukturun Ermənistan ərazisində hərbi təlimlərini qəbul etməyib, təşkilatın baş katibinin müavininin kvotasından imtina edib, sentyabrda isə öz nümayəndəsini geri çağırıb. KTMT və hələ də yeni səfir təyin etməyib.
Rüfət
AzPolitika.info


Şərhlər