“ABŞ və Avropanın Ukraynaya maliyyə yardımı göstərmək üçün vəsaiti tükənib. Ona görə də ABŞ rəsmiləri Kiyevi müharibədə dəstəkləmək üçün Rusiyanın xaricdə dondurlan 300 milyard dollarlıq aktivlərindən istifadə etməyin yollarını axtarırlar”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri yüksək səviyyəli ABŞ və Avropa rəsmilərinə istindla məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyası 300 milyard dollarlıq akivlərin Ukraynaya ötürülməsə üçün öz müttəfiqləri ilə gizli danışıqlara başalayıb.
Nəşr xatırladır ki, bu yaxınlarda maliyyə naziri Janet L. Yellen sözügedən vəsaitin müsadirəsinin ABŞ qanunlarına zidd olduğunu deyib. Digər tərəfədən, bir ısra ABŞ rəsmiləri hesab edirlər ki, belə bir şey baş versə, digər ölkələr Nyu-York Federal Ehtiyatında saxladıqları vəsaitləri geri çəkə bilərlər.

ABŞ nəşri iddia edir ki, Bayden administrasiyası bütün bunlara baxmayaraq G7 dövlətləri ilə koordinasiyalı şəkildə çalışır və həmin vəsaitdən istifadə etmək üçün Konqresə müraciət etməyi nəzərdən keçirir.
Qeyd olunur ki, bu məsələ ilə bağlı son həftələr həmin ölkələrin maliyyə nazirləri, bank rəhbərləri, diplomatları və hüquqşünasları arasında danışıqlar xeyli intensivləşib. Rəsmilər Bayden administrasiyasının Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyaya fevralın 24-nə qədər bir strategiya müəyyən etməklə bağlı təzyiq göstərdiyini deyirlər.
“Müzakirə olunan 300 milyard dollardan çox Rusiya aktivləri artıq bir ildən çoxdur ki, Moskvanın nəzarətindən kənarda qalıb. Ukraynanın işğalından sonra ABŞ, Avropa və Yaponiya ilə birlikdə aktivləri dondurmaq üçün sanksiyalardan istifadə edərək, Rusiyanın beynəlxalq ehtiyatlarına çıxışını qadağan etdi. Lakin aktivlərin müsadirə edilməsi əhəmiyyətli dərəcədə hüquqi mülahizə tələb edən bir məsələdir. Prezident Bayden hələ bunu təsdiqləməyib, bir çox detallar üzrə qızğın müzakirələr gedir. Əvvəlcə siyasətçilər pulun birbaşa Ukraynaya yönəldiləcəyini və ya başqa yollarla onun xeyrinə istifadə ediləcəyini müəyyən etməlidirlər”,-deyə NYT bildirib.
Rusiyanın xarici ehtiyatlarının əhəmiyyətli bir hissəsinin ABŞ-da və Avropa ölkələrində saxlanıldığı bildirilir.
“AzPolitika.info”


Şərhlər