“Rusiya səfrinin dedikləri bütün problemlərin daxil edilə biləcəyi ümumi müzakirədir. Gözləyin, bunun nə olduğunu anlayacağıq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan səfir Sergey Kopırkinın “Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər” açıqlamasını şərh edərkən bildirib.
Xatırladaq ki, Rusiyalı diplomat iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış bütün müqavilələrin vaxtında və yüksək keyfiyyətlə tamamlandığını deyib. Amma rəsmi İrəvan bu günə qədər Rusiyadan silah-sürsat üçün ödənilmiş yüz milyonlarla dolların geri qaytarılmasnı tələb edir. İddia olunur ki, Rusiya pulu alsa da, silahları Ermənistana çatdırmayıb.
Alen Simonyan daha sonra deyib:“Mən Rusiya ilə yeni danışıqların olacağını istisna etmirəm. Amma Rusiya tərəfinin Ermənistana nəinki silah satmaq istəmədiyini, hətta sata bilməyəcəyini bilirəm. Hətta sona qədər deyə biləcəyimizə əmin deyiləm ki, müzakirə edəcəyimiz şeyi əldə edəcəyik. Yaşayacağıq, görəcəyik”.
Spiker Ermənistanda anti-Rusiya fonunda hərbi-texniki razılaşmalar müzakirə olunurmu sualına belə cavab verib: “Kimin anti-Rusiya keçmişi var? “Anti-Rusiya” sözü düzgün deyil, çünki ermənilərlə ruslar dost xalqlardır. Ermənistanda anti-Rusiya heç nə yoxdur, siyasətdən, son illərdə atılan addımlardan imtina edilməyib. Gəlin bunu Rusiya əleyhinə fona çevirməyək”.
“AzPolitika.info”


Şərhlər