Menu

Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilib

22.12.2023, 23:24
Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilib

Kiyevin “Obolon” futbol klubunun 25 futbolçusu eyni gündə hərbi xidmətə çağırış vərəqəsi alıb.

APA xəbər verir ki, bunu “TaToTake” televiziya proqramının aparıcısı Mixail Spivakovski efirdə deyib.

Jurnalistin sözlərinə görə, bu həftə Ukrayna Premyer Liqasında çıxış edən “Obolon” komandasının oyunçularına ərazi komplektləşdirmə mərkəzlərindən (keçmiş hərbi komissarlıq – red.) çağırış gəlib.

Bu mövsüm komanda Ukrayna çempionatında 13-cü yerdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol