Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.
Kənd sakini, 1937-ci il təvəllüdlü Mamayev Barı Alo oğlunu "VAZ-21011" markalı avtomobil vurub.
Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Xarici işlər nazirliyinin vəzifəsi xarici ölkələrdə Azərbaycanı təmsil etmək.xaricdə Azərbaycanın mənafeini qorumaq,beynəlxalq qurumlarda fəal iştirak,etmık,Azərbayana qarşə zərərli qərar və qətnamələrin qarşısını almaqdır.Daxili auditoruya üçün lazımsız məlumatlar saytlarda yazmaq XİN-nə aid deyil.