Menu

COVİD-19 pandemiyası ilə bağlı mübarizə xərcləri 7 dəfədən çox azaldılıb

25.12.2023, 13:01
COVİD-19 pandemiyası ilə bağlı mübarizə xərcləri 7 dəfədən çox azaldılıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri azaldılıb.

APA xəbər verir ki, bu, “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanındakı dəyişiklikdə öz əksini tapıb.

Fərmana əsasən, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 70 000 000 manatdan 9.280.000 manata endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol