Menu

"Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar" - Kreml

26.12.2023, 19:24
"Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar" - Kreml

Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Onlar mübarizə aparan tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan edirlər. Burada heç bir risk yoxdur", -Rusiya prezidentinin mətbuat katibi “mübarizə aparan tərəfləri” bir araya gətirmək qorxulu deyilmi? sualını cavablandırarkən deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol