Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU) məxsus "Fancy Bear" haker qrupu bu ilin yayında Ermənistan, Ukrayna və Tacikistanda dövlət qurumlarına hücumlar həyata keçirib.
«AzPolitika.info» Ermənistan KİV-nə istinadla xəbər verir ki, İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan dekabrın 26-da jurnalistlərlə görüşündə belə deyib.
O əlavə edib ki, bu haker qrupu 10 il ərzində bir neçə dəfə Ermənistana, o cümlədən dövlət qurumlarına ciddi hücumlar həyata keçirib.
“Biz bunu beynəlxalq təşkilatın dərc etdiyi hesabatdan bilirik”, - Martirosyan vurğulayıb.
Rüfət
«AzPolitika.info»


Şərhlər