“Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfərini geri addım hesab etmirəm”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
Simonyan qeyd edib ki, Rusiyanın başçılıq etdiyi iqtisadi təşkilatda iştirak Ermənistanın maraqlarına uyğundur: “Bilirsiniz ki, biz Rusiya ilə eyni iqtisadi ittifaqdayıq, iqtisadiyyatımız inkişaf edir və biz üzvü olduğumuz təşkilatın rəhbəri vəzifəsini tutmaq fürsətini əldən verə bilmərik. Bu, Ermənistana lazımdır”.
Simonyan qeyd edib ki, Ermənistan hakimiyyəti heç vaxt öz siyasi kursunun dəyişikliyi ilə bağlı rəsmi açıqlama verməyib: “Bilirsiniz, mən də dekabrın 19-da KTMT-nin iclasına getməmişəm, bizim KTMT-nin bu günə qədər mövcud olan fəaliyyətinə dair ciddi tərəddüdlərimiz var. Bir addım irəli, bir addım geri… Xahiş edirəm tələsməyin və deməyin ki, çıxdıq, qayıtdıq. Bunun nə ilə əlaqəli olduğunu söylədim. Ermənistan öz məqsədlərinə doğru hərəkətini davam etdirəcək”.
“AzPolitika.info”


Şərhlər