Menu

Türkiyədə minimum əmək haqqı artırılıb

27.12.2023, 21:36
Türkiyədə minimum əmək haqqı artırılıb

Türkiyədə minimum əmək haqqının məbləği artırılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, ölkənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan bildirib ki, 1 yanvar 2024-cü il tarixindən etibarən minimum əmək 49% artımla 17 002 türk lirəsi (982 AZN - red.) müəyyən edilib.

Xatırladaq ki, hazırda ölkə ərazisində minimum əmək haqqının məbləği 11 402 lirədir (659 AZN - red.).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol