Menu

“İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb” - Fərid Şəfiyev

28.12.2023, 11:50
“İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb” - Fərid Şəfiyev

İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, İranla bağlı məsələlər müsbət müstəvidə gedir.

“Amma təhlükəsizliklə bağlı məsələlərlə bağlı problemlər hələ öz həllini tapmayıb. Ona görə də təşəbbüs İran tərəfdədir. Baxaq onlar 2024-cü ildə hansı addımları atacaqlar”, - F.Şəfiyev deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol