İstanbulda həyata keçirilən bir neçə reyd nəticəsində Türkiyə polisi 30-dan çox adamı həbs edib, həmçinin 23 lüks avtomobili müsadirə edib.
«AzPolitika.info» Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu avtomobillərin narkotik alverçilərinə məxsud olduğu qeyd edilir.
Müsadirə edilən avtomobillər polisin istifadəsinə verilib. Polis parkına qoşulan modellər arasında «Bentley Continental GT», «Porsche Taycan», "Ferrari 458", həmçinin «Mercedes-Benz GLS» və bir neçə başqa lüks avtomobillər var.

Polisin basqınlarının hədəfi sərvəti milyard dollarla qiymətləndirilən cinayətkar qrupun rəhbəri Hakan Ayık olub.
Rüfət
AzPolitika.info


Şərhlər
Quduzlaşmışlar sizdə hazırlaşın.