Menu

“Ermənistanın xarici siyasətində ciddi korrektələr aparılır” – Rusiya səfiri

29.12.2023, 11:16
“Ermənistanın xarici siyasətində ciddi korrektələr aparılır” – Rusiya səfiri

Rusiya rəhbərliyindən Ermənistana qarşı açıq təhdid və hədələrə Moskvann İrəvandakı təmsilçisi də qoşulub.

“AzPolitika.info” xəbər verir ki, səfir Sergey Kopırkin Ermənistan İctimai Televiziyasına müsahibəsində Kremlin narahatlıqlarını dilə gətirib.

“Ermənistanın xarici siyasətində ciddi korrektələr aparılır, təminatlara baxmayaraq, Rusiya tərəfi bu korrektəni Ermənistanın digər mərkəzlərlə əlaqələrinin inkişafında görür. Rusiyanın qorxuları əsaslıdır və başa düşüləndir”, o qeyd edib.

Səfir inandırmağa çalışıb ki, Rusiya Ermənistanın müstəqil dövlət olduğunu və öz siyasətini müəyyən etmək hüququna malik olduğunu başa düşərək, xarici siyasət vektorunda hər hansı dəyişikliyə görə İrəvanı günahlandırmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol