Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına müsahibəsində “Sputnik Ermənistan” radiostansiyasının yayımının 30 gün müddətinə dayandırılmasını şərh edib.
“Azpolitika.info” xatırladır ki, qərarının səbəbi 17 noyabr 2023-cü il tarixli “Tiqran Keosayan ilə cümə” verilişində müəllifin ölkənin və xalqın şərəf və ləyaqətini alçaldan, istehzalı ifadələr işlətməsi ilə bağlıdır.
“Hesab edirəm ki, iki xalqımız arasındakı münasibətləri nəzərə alaraq, biz bu cür fikirlərə çox da əhəmiyyət verməməliyik. İnsanların müəyyən mənada emosional, bəzən yanlış, balanssız qiymətləndirmələr ehtiva edən şəxsi fikirlərini fərqləndirmək lazımdır”, - səfir qeyd edib.
Kopırkin bildirib ki, ekspertlərin və jurnalistlərin fikirlərinə deyil, ölkə rəhbərliyinin sözlərinə diqqət yetirməliyik: “Siz Rusiya prezidentinin və ya onun mətbuat katibinin Ermənistan rəhbərliyi ilə bağlı ən azı bir qədər yanlış və ya qeyri-konstruktiv qiymətləndirmələr aparmasına dair bir nümunə də tapa bilməzsiniz. Düşünürəm ki, biz hələ də bunu rəhbər tutmalıyıq”.
“Müəyyən narahatlıqlar və anlaşılmazlıqlar var. Bu, təbii olaraq pisdir, lakin bu, münasibətlərdə insan komponentinin çox güclü olmasının nəticəsidir. İnsan faktoru üstünlükdür, lakin bəzən bu kimi hallarda belə emosional partlayışlara səbəb ola bilir. Bu çox mübahisəli vəziyyətdə yaş və qurunu bir-birindən ayırmaq çox vacibdir. Kənardan iki ölkə arasında münasibətlərə əlavə fəsadlar gətirmək cəhdlərini də nəzərdən qaçırmamalıyıq”, - Kopırkin vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər