İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun üzvü olmaqda ittiham etdiyi on nəfərdən dördünə qarşı ölüm hökmünü icra edib.
«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə ISNA agentliyi Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatına istinadən məlumat yayıb.
“İsrail kəşfiyyat xidməti Mossad zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyini pozmağa cəhd edən təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib”, - məlumatda bildirilir.
Oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Tehranın fikrincə, onların əsas vəzifəsi İran xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin İsrail istiqamətində fəaliyyət göstərən üzvlərini müəyyən etmək olub. Onların Mossad zabitləri ilə birbaşa video əlaqə saxladıqları iddia edilir.
Rüfət
AzPolitika.info


Şərhlər