Menu

ABŞ fələstinlilərin köçürülməsi müqabilində Misirə maliyyə yardımı edə bilər

29.12.2023, 18:59
ABŞ fələstinlilərin köçürülməsi müqabilində Misirə maliyyə yardımı edə bilər

ABŞ Misirdəki fələstinlilərin düşərgələrin xərclərini ödəyə və onların Qəzza zolağından köçürülməsinə razılığı müqabilində Qahirəyə maliyyə yardımı göstərə bilər.

"Report" xəbər verir ki, bu barədə TASS mötəbər mənbəyə istinadən məlumat yayıb.

“Hazırda fələstinlilərin Qəzza zolağından Misirə köçürülməsi məsələsinə qarşı çıxan Qahirənin razılığını təmin etmək üçün Vaşinqtonu cəlb etmək nəzərdə tutulur. Misirin razılığı müqabilində ABŞ qaçqın düşərgələrinin qurulması və istismarı xərclərini ödəməyi öhdəsinə götürəcək. Eləcə də, Misirə əhəmiyyətli maliyyə yardımı paketi təqdim edəcək ki, bu da bu ölkənin yaşadığı iqtisadi çətinliklər kontekstində ciddi arqumentdir”, - məlumatda bildirilib.

Qeyd edilib ki, İsrail Qəzza zolağından Misirə xeyli sayda fələstinlini köçürməyi planlaşdırır. Məlumata görə, birinci mərhələdə söhbət ən azı 100 min nəfərdən gedir.

Şərhlər

Vahid 2023-12-30 08:20:20

Tarix boyu meskenet ve zilleti yaşamış yehudi milleti qisasını felestinlilerden almaq isteyir.Bir gün Allahın qezebi yehudi milletinin üzerine enecek.O zaman kimse kömek etmeyecek.Soyqırım yaşamış bir millet indi soyqırım yapmaqla meşğuldur dünyanın gözü qabağında.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol