Menu

Azərbaycanda məşhur generala cərimə yazıldı

30.12.2023, 10:21
Azərbaycanda məşhur generala cərimə yazıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarova (Allahverdi oğlu) inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.

Qeyd edək ki, general bu ilin sentyabrında Penitensiar Xidmətin rəis müavini vəzifəsindən azad olunub.

Şərhlər

Əhliman 2023-12-30 16:47:22

Nə zamandan və hansı xidmətlərinə görə buna məşhur deyirsiniz? Yaxşı rüşvət ala bildiyinə görə(

RR 2023-12-30 15:19:59

Amerikada polis reisine cerime yazir

RR 2023-12-30 15:13:50

qeneralda vetendashdi hami kimi oda qanun qarshisindadi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol