Türkiyəli məşhur siyasətçi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə S. Oğan "X" sosial şəbəkəsində paylaşım edib.
"Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, "Xankəndi" stadionunu təklif edirəm. Əks halda bu oyun yalnız paytaxta yaraşar",-deyə türk siyasətçi qeyd edib.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında "Fənərbaxça" və "Galatasaray" komandaları arasında keçirilməli olan superkubok matçı Atatürk simvolları stadiona buraxılmadığı üçün baş tutmayıb.
"AzPolitika.info"



Şərhlər