Menu

Ukrayna Belqoroda hava zərbəsi endirib – VİDEO

30.12.2023, 17:09

Rusiyanın dünən Ukraynaya endirdiyi kütləvi raket zərbəsinə cavab olaraq, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA hücumu təşkil edib.

“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Belqorod şəhərinə edilən hücum nəticəsində şəhərin bir sıra yerlərində yanğın və partlayışlar müşahidə olunub.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regionun mərkəzinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın Rusiya bürosu Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərin 1 uşaq olub, 45 nəfər isə yaralanıb. Yaralılardan da 4-nün uşaq olduğu bildirilib.

“AzPolitika.info”


Şərhlər

musa 2023-12-30 22:49:25

bəs nə bilmişdiz siz ukraynalıları qıracaqsız cavab olmayacaq? inşallah ki moskvanı da vurarlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol